Riqada Şerlok Holmsun doğum gününü qeyd edəcəklər

Riqada Şerlok Holmsun doğum gününü qeyd edəcəklər
15:03 6 Yanvar 2016
20 Digər
Ölkə mətbuatı
A- A+


Riqa, 6 yanvar, AZƏRTAC
Yanvarın 9-da Riqada ilin əvvəli üçün son dərəcə şən bir hadisə beşinci dəfə qeyd ediləcək. Həm Litva sakinləri, həm də müxtəlif ölkələrdən gəlmiş turistlər arasında çox populyar olan bu hadisə - Şerlok Holmsun doğum günüdür.
Bayramla əlaqədar mühüm tədbirlərdən biri də Konan Doyl qəhrəmanlarının geyimində çıxış edən artistlərin ifası olacaq. Bu, bayram proqramının ən populyar və tamaşaçıların ən çox xoşladığı tədbirdir. Builki yubileyə Şerlok Holmsun müxtəlif ölkələrdən olan həmkarları: ingiltərəli həvəskar detektiv miss Marpl, Parisdən komissar Meqre, rusiyalı xəfiyyə Erast Petroviç Fandorin, katolik keşiş-detektiv Braun və belçikalı detektiv Erkyul Puaro da gələcəklər.
Bayram çərçivəsində: ən yaxşı Holms, ən yaxşı personaj (Vatsondan və missis Hadsondan başlamış məşhur detektivlərə, məsələn Puaro və ya Fandorina qədər), ən yaxşı dördayaqlı dost obrazı, ən yaxşı uşaq obrazı, bayramın ən yaxşı bığı və saqqalı, ən eleqant celtmen nominasiyaları nəzərdə tutulub.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Riqa

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Riqada_Serlok_Holmsun_dogum_gununu_qeyd_edecekler-916405

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR