"Benites heç vaxt dəyişməyəcək"

"Benites heç vaxt dəyişməyəcək"
15:05 6 Yanvar 2016
32 İdman
Ölkə mətbuatı
A- A+

"İnter"in eks-müdafiəçisi Marko Materazzi "Real"da baş verən son hadisələr haqqında danışıb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, italyan müdafiəçi Benitesi futbolçularla düzgün münasibət qurmamaqda ittiham edib.

"Benitesin istefa verəcəyini artıq demişdim. Sadəcə 10 gün səhv eləmişəm. Ən yaxşı məşqçi ola bilərsən. Amma futbolçularla təmasın yoxdursa, yolun uzun olmaz. Güclü şəxsiyyətlərlə yola getməsən, uğur qazana bilməzsən. Məhz onlar sənə meydanda kömək etməlidirlər. "Real" çətin klubdur. Təkcə prezidentin dəstəyi kifayət deyil. Benites heç vaxt dəyişməyəcək. Onun həmişə eyni problemləri olur. Ronaldu ilə münasibəti yoluna qoymaqdansa, Beyllə yaxınlaşdı. Yenə eyni əhvalat. "İnter"də o, Zanetti, Kambiasso və İvan Kordoba ilə ünsiyyət qurdu. Kivunu isə gözardı etdi. Zidanı "Real"da yüngül iş gözləmir. Keçmiş ulduzlardan 2-3 həftə sonra nəticə tələb edirlər. İroniyadan uzaq olaraq ona və köməkçisi Solariyə uğur arzulayıram".

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR