Ötən gün baş vermiş 5 yol-nəqliyyat hadisəsi nəticəsində 9 nəfər xəsarət alıb

Ötən gün baş vermiş 5 yol-nəqliyyat hadisəsi nəticəsində 9 nəfər xəsarət alıb
15:18 6 Yanvar 2016
22 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 6 yanvar, AZƏRTAC
Ötən gün respublikanın daxili işlər orqanları tərəfindən 75 cinayət faktı qeydə alınıb. Onların da 29-nun üstü “isti izlər”lə açılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 18 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.
Respublikanın avtomobil yollarında baş verən 5 yol-nəqliyyat hadisəsi nəticəsində 9 nəfər xəsarət alıb.
Daxili işlər orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklə əlaqəli 9, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyənləşdirilib.
Cinayət törətdiklərinə görə 38 nəfər tutulub.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR