"Liverpul"da iki ciddi itki

"Liverpul"da iki ciddi itki
15:27 6 Yanvar 2016
30 İdman
Ölkə mətbuatı
A- A+

İngiltərə Liqa kubokunda yarımfinal mərhələsinin ilk oyununda səfərdə "Stok Siti"nin qonağı olan "Liverpul" iki ciddi itki ilə üzləşib.


Qol.Az-ın Britaniya mətbuatına istinadən verdiyi məlumata görə, əvvəlcə komandanın yarımmüdafiəçisi Filippo Koutinyo zədələnib.


Sol ayağından zədələnən braziliyalı futbolçu matçın 18-ci dəqiqəsində əvəzlənib. Daha sonra komandanın müdafiəçisi Deyan Lovren də zədə səbəbindən 34-cü dəqiqədə meydanı tərk etmək məcburiyyətində qalıb. Hələlik hər iki futbolçunun hansı müddətə sıradan çıxdığı məlum deyil.


Qeyd edək ki, "Stok Siti" - "Liverpul" oyunu 0:1 hesabı ilə qonaqların qələbəsi ilə başa çatıb. 


Fanat.az

Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotliverpulquotda-iki-ciddi-itki-t46598.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR