Barak Obama İlham Əliyevi Vaşinqtona dəvət edib

Barak Obama İlham Əliyevi Vaşinqtona dəvət edib
15:32 6 Yanvar 2016
104 Ölkə
Ölkə mətbuatı
A- A+

ABŞ Prezidenti Barak Obama Azərbaycan Prezidenti İlham Əliyevi Vaşinqtona dəvət edib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov öz tvitter səhifəsində yazıb.

N.Məmmədov bildirib ki, 3 dekabr 2015-ci il tarixdə ABŞ Prezidenti Barak Obama Azərbaycan Prezidenti İlham Əliyevə məktub göndərib:

"Məktubda Prezident Obama Azərbaycan Prezidentini 2016-da Vaşinqtona IV Nüvə Təhlükəsizliyi Sammitinə dəvət edib".

N.Məmmədovun sözlərinə görə, B.Obama öz məktubunda Azərbaycanın qlobal nüvə təhlükəsizliyi arxitekturasına qətiyyətli dəstək nümayiş etdirdiyini qeyd edib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/395698.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR