""Erməni soyqrımı" ilə bağlı çıxış etməmişəm"

""Erməni soyqrımı" ilə bağlı çıxış etməmişəm"
15:36 6 Yanvar 2016
25 Digər
Ölkə mətbuatı
A- A+

"Mən "erməni soyqrımı" ilə bağlı çıxış etməmişəm. Yazılanların hamısı yalandır". Bu sözləri ANS PRESS-ə açıqlamasında Ümumrusiya Azərbaycanlıları Konqresinin icraçı direktoru İlqar Hacıyev ANS PRESS-ə açıqlamasında bildirib.

O, Rusiya Dövlət Dumasına təqdim olunan “erməni soyqırımı”nı inkar edənlərin cəzalandırılması ilə bağlı qanun layihəsinin əleyhinə çıxmamaları üçün azərbaycanlıların regional təşkilatlarına təsir göstərmələri barədə yayılan xəbərlərə münasibət bildirib.

"Bu xəbər Azərbaycanda fəaliyyə göstərən saytlardan birində dərc olunub. Amma mən heç bir yerdə bu barədə çıxış etməmişəm. Rusiyadakı azərbaycanlılar adından “erməni soyqırımı”nı inkar edənlərin cəzalandırılması ilə bağlı layihəyə etiraz olaraq prezident Vladimir Putinə və Rusiyanın digər dövlət rəsmilərinə məktub göndəriləcək. Biz bu layihəyə qarşı çıxmaqla təkcə Rusiya azərbaycanlılarının deyil, bütün həmvətənlərimizin hüquqlarını müdafiə edirik”.


İlqar Hacıyev - ÜAK-ın icraçı direktoru

O, qondarma ermənio soyqırımı haqqında layihəni insan hüquqlarına və qanuna zidd hesab etdiyini deyib.

Rusiya və Türkiyə arasında "Su-24" qalmaqalı baş verdikdən sonra iki ölkə arasında münasibətlər gərginləşib. "Ədalətli Rusiya" partiyası qondarma erməni soyqırımını inkar edənləri cəzalandırmağı təklif edib. Partiya üzvləri "soyqırım"ı inkar edənləri 5 il müddətinə azadlıqdan məhrum etməyə, yaxud onları 500 min rubl (8 min 50 manat) məbləğində cərimələməsini istəyir.

Bu qanun layihəsini Rusiya Dövlət Dumasına bir qrup deputat təklif edib. Layihəni "Ədalətli Rusiya"nın lideri Sergey Mironov da dəstəkləyib.


Sergey Mironov - "Ədalətli Rusiya" partiyasının lideri

Ötən gün İlqar Hacıyev barəsində qanun layihələrini dəstəkləmələri üçün azərbaycanlıların regional təşkilatlarına təsir göstərmələri barədə xəbər yayılmışdı.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=369021

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR