​Maştağa sakinini öldürən şəxsə hökm oxunub

​Maştağa sakinini öldürən şəxsə hökm oxunub
16:02 6 Yanvar 2016
37 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. 6 yanvar. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində həmyerlisini öldürməkdə təqsirləndirilən Müseyib Həsənovun cinayət işi üzrə məhkəmə başa çatıb.
"Report"un məlumatına görə, hakim Azər Orucovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə M.Həsənov 11 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə bu il iyulun aynın 10-da Maştağa qəsəbəsində baş verib. Qəsəbə sakini, əvvəllər məhkum olunmuş Müseyib Həsənov münaqişə zəminində həmyerlisi Şamil Kərimova bıçaqla xəsarəti yetirib və hadisə yerini tərk edib. Ağır bıçaq yarası alan Ş.Kərimov hadisə yerində ölüb. Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində M.Həsənov tutulub.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR