Putin qış istirahətini ona həsr etdi

Putin qış istirahətini ona həsr etdi
16:11 6 Yanvar 2016
33 Digər
Ölkə mətbuatı
A- A+

Soçidə istirahət edən Rusiya prezidenti Vladimir Putin tətil günlərinin birində xokkey oynayıb.

ANS PRESS-in məlumatına görə oyun Krasnaya Polyana qəsəbəsində "Qalaktika" buz arenasında baş tutub. Dövlət başçısı həmişə olduğu kimi arenaya 11 nömrə altında çıxıb.

Putinin bu oyun növünə marağı bir neçə il əvvəl yaranıb. Dövlət başçısı məşqlərə hələ 2011-ci ilin qışında start verib. O ,bu qərara xokkey üzrə Rusiya yığma komandasına söz verdikdən sonra gəlib.


Putin xokkey oynayarkən

Rusiya prezidentinin məşqçisi əməkdar idman ustası Aleksey Kasatonovdur. Putin xokkey arenalarında ilk dəfə 2012-ci ildə "Gecə hokkey liqası"nın turnirləri çərçivəsində keçirilən oyunlar zamanı görünüb. Bu yarış dövlət başçısının öz təşəbbüsü ilə təşkil olunub.

Həmin vaxtdan etibarən Putin turnirlərdə iştirak etməyə başlayıb və məşhur xokkeyçilərlə oynayıb. Eyni zamanda ötən il Putin öz doğum gününü xokkey arenasında qeyd edib.


Soçi, Rusiya

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR