Həmkəndlisini öldürən şəxsə 11 il 3 ay həbs cəzası

Həmkəndlisini öldürən şəxsə 11 il 3 ay həbs cəzası
16:14 6 Yanvar 2016
25 Ölkə
Ölkə mətbuatı
A- A+

 

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində həmkəndlisini öldürməkdə təqsirləndirilən Müseyib Həsənovun cinayət işi üzrə məhkəmə başa çatıb.

 

Lent.az-ın məlumatına görə, hakim Azər Orucovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. 

 

Hakimlər kollegiyasının hökmünə əsasən, M.Həsənov 11 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.

 

Qeyd edək ki, hadisə ötən il iyulun aynın 10-da Maştağa qəsəbəsində baş verib. Qəsəbə sakini, əvvəllər məhkum olunmuş Müseyib Həsənov münaqişə zəminində həmyerlisi Şamil Kərimova bıçaqla xəsarət yetirib və hadisə yerini tərk edib. Ağır bıçaq yarası alan Ş.Kərimov hadisə yerində ölüb. Sabunçu Rayonu Polis İdarəsinin 14-cü Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində M.Həsənov tutulub.

 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR