Barak Obama İlham Əliyevi ABŞ-a dəvət edib

Barak Obama İlham Əliyevi ABŞ-a dəvət edib
16:21 6 Yanvar 2016
39 Ölkə
Ölkə mətbuatı
A- A+

ABŞ Prezidenti Barak Obama Azərbaycan Prezidenti İlham Əliyevi Vaşinqtona dəvət edib.

Axşam.az-ın Trend-ə istinadən məlumatına görə, bunu Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov öz tvitter səhifəsində yazıb.

N.Məmmədov bildirib ki, 3 dekabr 2015-ci il tarixdə ABŞ Prezidenti Barak Obama Azərbaycan Prezidenti İlham Əliyevə məktub göndərib:

“Məktubda Prezident Obama Azərbaycan Prezidentini 2016-da Vaşinqtona IV Nüvə Təhlükəsizliyi Sammitinə dəvət edib”.

N.Məmmədovun sözlərinə görə, B.Obama öz məktubunda Azərbaycanın qlobal nüvə təhlükəsizliyi arxitekturasına qətiyyətli dəstək nümayiş etdirdiyini qeyd edib: "Ümidvaram ki, Azərbaycan nüvə və radioloji töküntülərinin qadağası üçün xüsusi səylərini davam etdirəcəkdir”


Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=43726

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR