İŞİD Səudiyyə Ərəbistanını hədələdi

İŞİD Səudiyyə Ərəbistanını hədələdi
16:31 6 Yanvar 2016
35 Digər
Ölkə mətbuatı
A- A+

İŞİD terror təşkilatı Səudiyyə Ərəbistanı təhdid edib.

ANS PRESS-in məlumatına görə, aralarında şiə din alimi Ayətullah Nimr ən-Nimrin də olduğu 47 nəfərin edam edilməsindən sonra təşkilat, Səudiyyə Ərəbistanında olan həbsxanalara basqın edə biləcəyini açıqlayıb.

Açıqlamada bildirilir ki, Səudiyyə məhbusların çoxunun Əl-Qaidə və İŞİD silahlılarının olduğu həbsxanalara basqınlar təşkil ediləcək: "Biz hər zaman məhkumları azad etməyə çalışmışıq. Ancaq bu mövzunun həlli deyəsən hazırkı hakimiyyət getmədən və həbsxanaların yerlə yeskan olmadan bu məsələ mümkün görünmür".


Nimr ən-Nimr- edam edilən din alimi

İŞİD 2014-cü ilin noyabr ayından bu yana Səudiyyə Ərəbistanında həyata keçirilən və 50-dən çox adamın ölümünə səbəb olan silahlı terror aktlarına görə də məsuliyyəti üzərinə götürüb.

Ötən həftə Səudiyyə Ərəbistanında 47 nəfər haqqında ölüm hökmü icra edilib. Haqqında edam cəzası çıxarılan şəxslər arasında “Əl-Qaidə” terror təşkilatının Səudiyyə Ərəbistanındakı liderlərindən olan Faris əz-Zəhrani və digər din xadimi Şeyx Nimr ən-Nimr də olub.

Səudiyyə Ərəbistanının Daxili İşlər Nazirliyi bəyan edib ki, ölüm hökmü çıxarılan şəxslər 2014-cü ildə məhkum ediliblər. Onlar terrorçuluqda, ekstremist fəaliyyətdə ittiham olunurlar.

Edam edilənlərin 45 nəfəri Səudiyyə vətəndaşı olub, onların əksəriyyətinin 2003-2006-cı illərdə terror aktları törətmiş “Əl-Qaidə” üzvləri olduğu bildirilir.


Səudiyyə Ərəbistanının Tehrandakı səfirliyi

Hadisədən sonra Tehran sakinləri bu şəhərdə yerləşən Səudiyyə Ərəbistanı səfirliyinə hücum ediblər.

İki ölkə arasında münasibətlər gərginləşdikdən sonra Səudiyyə Ərəbistanı, Bəhreyn və Sudan İranla diplomatik əlaqələri kəsib, Birləşmiş Ərəb Əmirlikləri və Küveyt isə Tehrandakı səfirini geri çağırıb.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=369024

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR