Cüdoçularımız Braziliyada təlim-məşq toplanışını davam etdirirlər

Cüdoçularımız Braziliyada təlim-məşq toplanışını davam etdirirlər
16:33 6 Yanvar 2016
15 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 6 yanvar, AZƏRTAC
Cüdo üzrə Azərbaycan milli komandası Braziliyanın San Paulo şəhərində təlim-məşq toplanışını davam etdirir.
AZƏRTAC xəbər verir ki, milli komandanın cüdoçuları – İlqar Müşkiyev, Orxan Səfərov, Hidayət Heydərov, Tərlan Kərimov, Rüstəm Orucov, Əbdülhəq Rəsullu, Hüseyn Rəhimli, Rüstəm Alimli, Ramin Qurbanov, Şahin Qəhrəmanov, Məmmədəli Mehdiyev, Elmar Qasımov, Elxan Məmmədov, Uşangi Kakouri və Əlixan Həsənovun iştirakı ilə keçirilən toplantı yanvarın 21-dək davam edəcək.
Baş məşqçi Peter Zayzenbaherin rəhbərliyi altında idmançılar təlim-məşq toplanışı başa çatdıqdan dərhal sonra yanvarın 22-24-də Kubada keçiriləcək Qran-pri turnirinə qatılmaq üçün bu ölkəyə yollanacaqlar.
Qeyd edək ki, paralimpiyaçı cüdoçumuz İlham Zəkiyev də yığma ilə birlikdə Braziliyadadır.
 

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Cudochularimiz_Braziliyada_telim_mesq_toplanisini_davam_etdirirler-916446

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR