"Sumqayıt" İran klubuna rəqib oldu

"Sumqayıt" İran klubuna rəqib oldu
16:42 6 Yanvar 2016
20 İdman
Ölkə mətbuatı
A- A+

Qış təlim-məşq toplanışını Türkiyənin Antalya şəhərində keçirəcək "Sumqayıt"ın hazırlıq planı müəyyənləşib. Bu barədə "Report"a klubun baş meneceri Ceyhun Sultanov məlumat verib.


O bildirib ki, komanda yanvarın 16-da yola düşəcək və Antalyanın Side bölgəsindəki "The Sense Deluxe" hotelində məskunlaşacaq. Samir Abasovun rəhbərlik etdiyi komanda 3 yoxlama görüşü keçirəcək. Artıq sparrinq rəqiblərdən ikisi məlumdur. "Sumqayıt" yanvarın 1-də Qazaxıstanın "Ural", 22-də isə İranın "Sepahan" komandaları ilə görüşəcək. Digər rəqibin kimliyi isə hələ dəqiqləşməsə də, görüşün yanvarın 19-da keçiriləcəyi məlumdur.


Qeyd edək ki, komanda yanvarın 23-də vətənə qayıdacaq. "Sumqayıt" 2016-cı ilin ilk görüşünü yanvarın 30-da səfərdə "Neftçi"yə qarşı keçirəcək.


Fanat.az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotsumqaytquot-ran-klubuna-rqib-oldu-t46601.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR