Bakıda “Sürətli Avtobus Tranziti” tətbiq edilə bilər

16:27 30 Dekabr 2014
Ölkə mətbuatı
A- A+

[ 30 Dekabr 2014 16:26 ]

Bakı. Musa Əhmədov - APA-Economics. Bir çox meqapolislərdə tətbiq olunan “Sürətli Avtobus Tranziti” Bakıda da tətbiq edilə bilər.

 

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) “APA-Economics”ə verilən məlumata görə, cari ilin dekabr ayında Nyu-York şəhərinin “Nəqliyyatın İnkişaf Siyasəti İnstitutu”nun mütəxəssislərinin iştirakı ilə NİİM-də təlim keçirilib.

 

Məqsəd - bir çox meqapolislərdə artıq tətbiq edilən “Sürətli Avtobus Tranziti”inin (Bus Rapid Transit) tətbiqi ilə əlaqədar yol hərəkəti idarəçiliyi, Sürətli Avtobus Tranziti konsepsiyası, standart dizayn və əməliyyat xüsusiyyətləri barədə biliklərin öyrənilməsi, “Nəqliyyatın İnkişaf Siyasəti İnstitutu”u ilə birgə əməkdaşlıq çərçivəsində təlim ekspertləri tərəfindən Bakı üçün “Sürətli Avtobus Tranziti”i konsepsiyası planına dair konkret və praktiki tədqiqat işinə dair müzakirələrin aparılmasıdır.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/367776

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR