Ərdoğan: İran Səudiyyə Ərəbistanı səfirliyinin mühafizəsi üçün tədbirlər görmədi

Ərdoğan: İran Səudiyyə Ərəbistanı səfirliyinin mühafizəsi üçün tədbirlər görmədi
16:58 6 Yanvar 2016
47 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. Rufiz Hafizoğlu - Trend:

İran hakimiyyəti Səudiyyə Ərəbistanının Tehrandakı səfirliyinin mühafizəsi üçün zəruri tədbirlər görmədi. Trend-in "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

O, Səudiyyə Ərəbistanının İrandakı səfirliyinə hücumu yolverilməz adlandırıb.

Qeyd edək ki, ötən şənbə günü Səudiyyə Ərəbistanında aralarında şiə din xadimi Nimr ən-Nimrin olduğu 47 nəfər edam edilib. İran din xadiminin edam olunmasına sərt etiraz edib. Hətta bir qrup şəxs Səudiyyə Ərəbistanının Tehrandakı səfirliyinə hücum edib.

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/other/world/2477387.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR