Çində ənənəvi Qar və Buz festivali keçirilir

Çində ənənəvi Qar və Buz festivali keçirilir
17:13 6 Yanvar 2016
30 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 6 yanvar, AZƏRTAC 
Çinin şimal-şərqində yerləşən Xarbin şəhərində ənənəvi Beynəlxalq Qar və Buz festivalına start verilib.
AZƏRTAC www.washingtonpost.com saytına istinadla xəbər verir ki, festivalın keçirildiyi parka dünyanın hər yerindən çoxlu sayda turist gəlir. Buzdan düzəldilmiş bina və qəsrlər, cizgi film qəhrəmanlarının heykəlləri, müxtəlif fiqurlar ziyarətçilərdə xüsusi maraq yaradır.
Festivalın təşkil olunduğu ərazi böyüklüyünə görə əvvəlki rekordu yeniləyib və parkın yaradılması üçün 330 min kubmetr qardan istifadə olunub. Üç ay müddətində on min insanın əməyi sayəsində ərsəyə gəlmiş parkda keçirilən festival hava şəraitindən asılı olaraq bir aydan üç ayadək davam edə bilər. Festival ilk dəfə 1963-cü ildə keçirilib.









Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/CHinde_enenevi_Qar_ve_Buz_festivali_kechirilir-916455

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR