Azərbaycanda 22 yaşlı gənc içki içdi və donub öldü

Azərbaycanda 22 yaşlı gənc içki içdi və donub öldü
17:26 6 Yanvar 2016
49 Ölkə
Ölkə mətbuatı
A- A+

Gecə havaların soyuq keçməsi daha bir nəfərin donaraq ölməsinə səbəb olub.

Şamaxı Rayon Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, hadisə rayonun Nağaraxana kəndində qeydə alınıb.

Kənd sakini, 1992-ci il təvəllüdlü Mixail Vladimiroviç Belyayev gecə saatlarında qardaşı ilə spirtli içki qəbul edib. Daha sonra sərxoş vəziyyətdə həyətə düşən Mixail həyətə düşüb və ayağı sürüşərək yıxılıb. Yıxıldığı yerdən ayağa qalxa bilməyən 23 yaşlı gənc soyuqdan donaraq ölüb.
Ölən şəxsin tüfeyli həyat tərzi keçirdiyi bildirilir.

Faktla bağlı Şamaxı Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Dünən də Masallıda 36 yaşlı kişi donaraq ölüb. Səhər saatlarında kənd camaatı tikinti materiallarının satış bazarının arxa hissəsində naməlum kişi meyiti olduğu barədə polisə məlumat verib.
Araşdırmalar zamanı donan şəxsin Türkoba kənd sakini, 1979-cu il təvəllüdlü Şahin Əliqulu oğlu Quliyev olduğu müəyyən edilib.

Polis idarəsindən onu da bildirdilər ki, Şahin Quliyev gecə saat 04 radələrində sərxoş vəziyyətdə evdən çıxıb və yolda gedərkən yıxılıb və yıxıldığı yerdə soyuqdan donub.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=9&nid=369013

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR