"Azəryolservis"də struktur dəyişikliyi

"Azəryolservis"də struktur dəyişikliyi
17:27 6 Yanvar 2016
115 Digər
Ölkə mətbuatı
A- A+

Dekabrın 28-də prezident İlham Əliyevin sərəncamı ilə Nəqliyyat Nazirliyinin tabeliyindən çıxarılan "Azəryolservis" ASC-də bu gündən kütləvi ixtisarlara start verilib.

Milli.Az qafqazinfo-ya istinadən bildirir ki, qurumun yeni sədri Saleh Məmmədov təxminən 200-dən çox əməkdaşı çağıraraq onlara işdən azad olunmaları ilə bağlı ərizə yazdırıb. Bəzi işçilərə strukturu dəyişdirilən qurumda işə götürüləcəyi ilə bağlı vəd verilsə də, əksər əməkdaşlara isə işdən çıxarıldıqları deyilib. Qeyd olunur ki, Saleh Məmmədov özünə yeni komanda formalaşdırır.

Qafqazinfo məsələni dəqiqləşdirmək üçün "Azəryolservis" ASC ilə əlaqə saxlayıb. Qurumun mətbuat katibi Anar Nəcəfli məlumatı təsdiqləyib və bildirib ki, bütün kollektivə belə bir ərizə yazdırılıb: "Ölkə başçısı İlham Əliyevin sərəncamına əsasən, "Azəryolservis" ASC Nəqliyyat Nazirliyinin tabeliyindən çıxarılıb. Sırf sənədləşmə prosesi olduğu üşün bütün işçilər ərizə yazır. Cəmiyyətin yeni strukturu formalaşan kimi həmin işçilər artıq yeni ərizə yazaraq yeni struktura qəbul olunacaqlar. Ancaq bu, o demək deyil ki, həmin işçilər bu müddət ərzində işsiz qalacaq. Yenə də işlərinə davam edirlər. Sadəcə olaraq, sırf struktur dəyişikliyi ilə bağlı adi prosedurdur. Mən özüm də ərizə yazmışam".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/395729.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR