“Microsoft”un yeni əməliyyat sistemi ilə işləyən qurğularının sayı 200 milyona yaxınlaşıb

“Microsoft”un yeni əməliyyat sistemi ilə işləyən qurğularının sayı 200 milyona yaxınlaşıb
17:28 6 Yanvar 2016
28 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 6 yanvar, AZƏRTAC
“Microsoft”un yeni "Windows 10" əməliyyat sistemi ilə işləyən qurğularının sayı 200 milyonu ötüb.
Bu barədə məlumat verən korporasiyanın nümayəndəsi ötən ilin avqustunda bu göstəricinin 75 milyonu, oktyabrda isə 110 milyonu ötdüyünü bildirib.
AZƏRTAC "vesti.ru" saytına istinadən xəbər verir ki, "Net Applications" analitik şirkətinin 2015-ci ilin sonuna olan məlumatına görə, "Windows 10" ilə işləyən fərdi kompyuterlərin sayı 164 milyondur. Qlobal əməliyyat sistemləri bazarında "Windows 10" platformasının bazar payı 9,96 faiz təşkil edib ki, bu göstərici hələ ki, "Windows 8.1"dən (10,3 faiz) aşağıdır. Korporasiyanın nümayəndələri qeyd ediblər ki, bazar payının artım tempinə görə yeni əməliyyat sistemi "Windows 7"ni 140 faiz, "Windows 8" sistemini isə 400 faiz ötür.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Microsoftun_yeni_emeliyyat_sistemi_ile_isleyen_qurgularinin_sayi_200_milyona_yaxinlasib-916471

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR