Britaniya səhiyyəsində həkim çatışmazlığı ciddi problemlər yaradır

Britaniya səhiyyəsində həkim çatışmazlığı ciddi problemlər yaradır
17:28 6 Yanvar 2016
22 Digər
Ölkə mətbuatı
A- A+


London, 6 yanvar, AZƏRTAC 
Britaniyada 100-dən çox cərrahiyyə mərkəzi yeni xəstələrin qəbulundan imtina edib.
Britaniya Tibb Assosiasiyasından bildirilib ki, bir çox cərrahiyyə mərkəzlərində həkim çatışmazlığı artıq son həddə çatıb. Həkim çatışmazlığı və xəstələrin həddindən çox olması onlara vaxtında lazımi qayğı göstərilməsinə maneə yaradır. Bəzi xəstələr tibbi yardım almaq üçün günlərlə gözləməli olurlar.
İşçi qüvvəsinin artırılması üçün ölkənin Milli Səhiyyə Xidmətindən 15 milyon investisiya ayrıldığı bildirilir.
Orxan İsmayılov
AZƏRTAC-ın xüsusi müxbiri
London

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Britaniya_sehiyyesinde_hekim_chatismazligi_ciddi_problemler_yaradir-916469

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR