Müğənni Ebru Gündeş kosmetik məhsullara düşkünlüyü ilə məşhurdur.
Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, o, son çıxdığı alış-verişdə xərclədiyi pulla diqqət çəkib. Ebru Hollivud ulduzlarının istifadə etdiyi bir parfümdən 10 şüşə alaraq 10 min lirə (təxminən 5 min manat) xərcləyib.
Onun bunun halını görənlər "gözəlliyi üçün sərvət xərcləyir", "kolleksiya yığır" deyiblər.
Qeyd edək ki, keçən ilin sonunda E.Gündeşin bədxərcliyinə görə əri Rza Sərrafı da bezdirdiyi deyilirdi.