Ərdoğan: "İran Səudiyyə Ərəbistanı səfirliyinin mühafizəsini təmin etmədi"

Ərdoğan: "İran Səudiyyə Ərəbistanı səfirliyinin mühafizəsini təmin etmədi"
17:32 6 Yanvar 2016
43 Digər
Ölkə mətbuatı
A- A+

İran hakimiyyəti Səudiyyə Ərəbistanının Tehrandakı səfirliyinin mühafizəsi üçün zəruri tədbirlər görmədi.

Trend-in "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

O, Səudiyyə Ərəbistanının İrandakı səfirliyinə hücumu yolverilməz adlandırıb.

Qeyd edək ki, ötən şənbə günü Səudiyyə Ərəbistanında aralarında şiə din xadimi Nimr ən-Nimrin olduğu 47 nəfər edam edilib. İran din xadiminin edam olunmasına sərt etiraz edib. Hətta bir qrup şəxs Səudiyyə Ərəbistanının Tehrandakı səfirliyinə hücum edib.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR