Lənkəranda retinoloqların ilk konfransı keçiriləcək

Lənkəranda retinoloqların ilk konfransı keçiriləcək
17:33 6 Yanvar 2016
25 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 6 yanvar, AZƏRTAC
Bu ilin may ayında Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin təşkilatçılığı ilə Lənkəranda Azərbaycan retinoloqlarının ilk konfransı keçiriləcək.
AZƏRTAC xəbər verir ki, konfransda gözün tor qişası xəstəliklərində müxtəlif problemlər, gözün travması, gözün ön seqmentində cərrahiyyə əməliyyatı zamanı yaranan ağırlaşmalar müzakirə ediləcək, ən yeni oftalmoloji avadanlığın təqdimatı keçiriləcək.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Lenkeranda_retinoloqlarin_ilk_konfransi_kechirilecek-916472

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR