Azərbaycanlı hakim Almaniya–Xorvatiya voleybol oyununa təyinat alıb

Azərbaycanlı hakim Almaniya–Xorvatiya voleybol oyununa təyinat alıb
17:38 6 Yanvar 2016
32 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 6 yanvar, AZƏRTAC
Ankarada keçirilən qadın voleybolçular arasında Avropa Olimpiya Təsnifat Turnirinin üçüncü günü üçün hakimlər açıqlanıb.
AZƏRTAC xəbər verir ki, yarışın ilk iki turunda ədaləti qoruyan həmyerlimiz Eldar Əliyev bu gün də iş başında olacaq. Beynəlxalq dərəcəli referimiz Almaniya–Xorvatiya qarşılaşmasına təyinat alıb. O, görüşdə belçikalı Arturo Di Qiakomoya kömək edəcək.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR