​Bəhreyndə İranın casus şəbəkəsinin üzvləri tutulub

​Bəhreyndə İranın casus şəbəkəsinin üzvləri tutulub
17:52 6 Yanvar 2016
19 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 6 yanvar. REPORT.AZ/ Bəhreyndə İrana və Livan "Hizbullah"ına bağlı olan gizli terrorçu şəbəkənin üzvləri tutulub.
"Report" TASS-a istinadən xəbər verir ki, bu haqda Bəhreynin Daxili İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, həmin şəbəkə krallıq ərazisində İranın xüsusi xidmət orqanları və Livan "Hizbullah"ının tapşırığına uyğun olaraq fəaliyyət göstərirmiş. Onlar Bəhreyndə silahlı qruplaşmalar hazırlayaraq, partlayışlar törətməyi planlaşdırıb.
Xəbərdə bildirilib ki, bu şəbəkəyə Əli və Məhəmməd Fəxraui adlı əkiz qardaşalr başçılıq edirmiş.
Məlumata görə, şəbəkəyə daxil olan 6 nəfərin hamısı tutulsa da, onların başçılarından biri İranda gizlənir. 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR