Tərk edilmiş ev alovlandı - FOTO

Tərk edilmiş ev alovlandı - FOTO
17:57 6 Yanvar 2016
25 Ölkə
Ölkə mətbuatı
A- A+

Neftçala rayonunda yanğın hadisəsi baş verib.

Milli.Az CTV-yə (Region TV) istinadən xəbər verir ki, hadisə ötən gecə rayonun Qədimkənd kəndində qeydə alınıb. Belə ki, kənd sakini Səbinə Kərimovaya məxsus fərdi yaşayış evi anidən alovlanmağa başlayıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin Neftçala rayon yanğından mühafizə hissəsinə məlumat daxil olan kimi hadisə yerinə yanğınsöndürən maşın cəlb edilib.

Yanğınsöndürənlərin səyi nəticəsində yanğın söndürülüb. Buna baxmayaraq fərdi yaşayış evi yanaraq yararsız hala düşüb.

Qeyd edək ki, 2 il bundan əvvəl şəhərə köçən ev sahibinə məxsus evdə təbii qaz və elektrik enerjisi olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az







Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/395736.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR