Dolların sabah olan məzənnəsi açıqlandı

Dolların sabah olan məzənnəsi açıqlandı
18:01 6 Yanvar 2016
250 Digər
Ölkə mətbuatı
A- A+

Dolların Azərbaycanda sabaha olan məzənnəsi açıqlanıb. Mərkəzi Bankdan ANS PRESS-ə verilən məlumata görə, yanvarın 6-da banklararası valyuta bazarında heç bir əməliyyat keçirilməyib. Buna görə də Mərkəzi Bankın bu günə olan USD/AZN məzənnəsi 07.01.2016-cı il tarixində də qüvvədə qalacaq.

Ümumiyyətlə Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin dekabrın 21-də üzən məzənnə rejiminə keçidlə bağlı qəbul etdiyi qərar manatın yenidən dollar qarşısında ucuzlaşmasına səbəb olub.

Bu gün Azərbaycanda ABŞ dollarının məzənnəsi yenidən qalxıb. Azərbaycan Mərkəzi Bankının (AMB) bu günə olan rəsmi məlumatına görə, dolların rəsmi məzənnəsi günə 1.5626 manatla başlayıb.

Avronun məzənnəsində cüzi ucuzlaşma olub. Avro 1.6895 manatdan 1.6796-ya enib.

Rusiya rublu da ucuzlaşıb - 0.0213 manat


Mərkəzi Bankın bu günə olan məzənnəsi

Uzunmüddətli xarakter daşıyan xarici iqtisadi şokların güclənməsini nəzərə alaraq tədiyə balansının tarazlaşdırılması, ölkənin valyuta ehtiyatlarının kritik səviyyədə qorunması, milli iqtisadiyyatın beynəlxalq rəqabət qabiliyyətinin təmin olunması məqsədilə Mərkəzi Bankın İdarə Heyəti 21 dekabr 2015-ci il tarixində üzən məzənnə rejiminə keçilməsi barədə qərar qəbul edib.

Bu qərara əsasən, manatın məzənnəsi başlıca olaraq valyuta bazarında tələb və təklifin nisbətini müəyyən edən fundamental amillərin təsirinə uyğun olaraq formalaşacaq. Mərkəzi Bankın valyuta bazarında iştirakı isə bu rejimə uyğun həyata keçiriləcək.

Üzən məzənnəyə keçid haqda qərar fevraldan sonra ikinci dəfə manatın ABŞ dollarına qarşı kəskin ucuzlaşmasına səbəb olub.

Həmçinin oxuyun:

2016-cı ildə manatın taleyi

Dollarla kredit götürənlərin aqibəti...

Vahid Əhmədov: "Dollara görə artım olacaq, amma..."

Bakıda dollar ajiotajı (FOTO)

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=2&nid=369043

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR