Yanvardan Azərbaycanda hepatit xəstələri yeni dərmanlarla təmin ediləcək

16:27 30 Dekabr 2014
189 Digər
Ölkə mətbuatı
A- A+

[ 30 Dekabr 2014 16:24 ]

Bakı. Könül Kamilqızı - APA. Son illər viruslu hepatitlərə yoluxanların sayının artmasını nəzərə alaraq cari ildə hepatit B və C viruslarına yoluxmuş şəxslərin diaqnozunun müəyyən edilməsi, onların müalicəsinin təkmilləşdirilməsi məqsədilə viruslu hepatitlərin profilaktikası, diaqnostikası və müalicəsinin təşkili üzrə xüsusi komissiya yaradılıb.

 

APA-nın xəbərinə görə, Səhiyyə Nazirliyinin 2014-cü ilin yekunlarına həsr olunmuş geniş kollegiya iclasında bildirilib ki, komissiyaya müraciət edən bütün xəstələr müayinə edilərək müvafiq təyinat alıblar. Artıq xəstəliyin müalicəsi zamanı istifadə olunacaq virus əleyhinə dərman preparatları İnnovasiya və Təchizat Mərkəzi tərəfindən alınıb və yanvar ayından xəstələrin həmin dərmanlarla təminatına başlanacaq.

 

Son illərdə dərmanların keyfiyyətinə nəzarət, saxta dərmanların ölkəyə gətirilməsinin qarşısının alınması istiqamətində təsirli tədbirlər həyata keçirilir. Respublikada fəaliyyət göstərən apteklərə mütəmadi olaraq baxış keçirilir, qeyri-qanuni fəaliyyət göstərən müəssisələr barədə tədbir görülür. Eyni zamanda Azərbaycanda dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiyməti bundan sonra dövlət tərəfindən tənzimlənəcək. Bu məsələ “Dərman vasitələri haqqında” qanuna edilən dəyişikliklərdə öz əksini tapıb.

 

Vərəmli xəstələrin aktiv müalicəyə cəlb olunması, geniş miqyaslı profilaktik tədbirlərin görülməsi, bu xəstələrin birinci və ikinci sıra dərman preparatları ilə tam təmin olunması nəticəsində epidemioloji vəziyyətin stabilləşməsinə nail olunub və hətta ötən illə müqayisədə bu il ilkin xəstələnmə təxminən 8% azalıb. Bu xəstəlikdən ölüm hallarının sayı da azalıb. Hətta son illər ərzində respublikada dərmanlara davamlı vərəmlə xəstələnmə səviyyəsi də aşağı enib.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/367774

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR