Sumqayıtda mənzildən qadın meyiti tapılıb

Sumqayıtda mənzildən qadın meyiti tapılıb
18:32 6 Yanvar 2016
44 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. 6 yanvar. REPORT.AZ/ Sumqayıtda mənzildən qadın meyiti tapılıb.
"Report" xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Sumqayıt şəhərində mənzildə 1941-ci il təvəllüdlü Qalina Fyodorovna Dormanın bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açıb və adıçəkilən şəxsin cəsədini aşkar ediblər. Q.Dormanın cəsədi çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. 

Xəbərin orijinal ünvanı: http://report.az/hadise/sumqayitda-menzilden-qadin-meyiti-tapilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR