Yardımlıda 12 yaşayış məntəqəsini birləşdirən avtomobil yolunun tikintisinə 1,4 milyon manat ayrılıb

Yardımlıda 12 yaşayış məntəqəsini birləşdirən avtomobil yolunun tikintisinə 1,4 milyon manat ayrılıb
18:33 6 Yanvar 2016
18 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 6 yanvar, AZƏRTAC
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev yanvarın 6-da “Yardımlı rayonunun Yardımlı-Hamarkənd-Abbasabad avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncam imzalayıb.
AZƏRTAC xəbər verir ki, Sərəncama əsasən, 10 min nəfər əhalinin yaşadığı 12 yaşayış məntəqəsini birləşdirən Yardımlı-Hamarkənd-Abbasabad avtomobil yolunun tikintisinin davam etdirilməsi məqsədi ilə Prezidentin ehtiyat fondundan Yardımlı Rayon İcra Hakimiyyətinə 1,4 milyon manat ayrılıb.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Yardimlida_12_yasayis_menteqesini_birlesdiren_avtomobil_yolunun_tikintisine_14_milyon_manat_ayrilib-916494

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR