Rusiyadan dünyanın silkələyən bombaya reaksiya

Rusiyadan dünyanın silkələyən bombaya reaksiya
18:36 6 Yanvar 2016
76 Digər
Ölkə mətbuatı
A- A+

Şimali Koreyanın hidrogen bombasını sınaqdan keçirməsinə Rusiyadan reaksiya gəlib.

ANS PRESS-in məlumatına görə, Rusiyanın Xarici İşlər Nazirliyindən bildirilib ki, əgər nüvə sınağı məlumatı təsdiqini taparsa, bu, beynəlxalq hüquq normalarının və BMT-nin Təhlükəsizlik Şurasının qərarlarının kobudcasına pozulmasıdır.

Bu barədə Rusiyanın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın şərhində göstərilib.

“Əgər hidrogen bombasının sınaqdan keçirilməsi faktı təsdiq olunarsa, bu, Pxenyan üçün nüvə silahının inkişafında yeni addım olacaq” deyə Xarici İşlər Nazirliyinin rəsmisi vurğulayıb. O, bildirib ki, Rusiya Şm Koreyanın bəyanatlarını diqqətlə izləyir və texniki nəzarəti təhlil edir.



Mariya Zaxarova - Rusiya XİN-in nümayəndəsi


Zaxarova həmçinin qeyd edib ki, belə bəyanatlar onsuz da hərbi-siyasi qarşıdurma vəziyyəti hökm sürən Koreya yarımadasında konflikti daha da dərinləşdirə bilər.





“Belə vəziyyətdə bütün maraqlı tərəfləri mümkün qədər təmkinli olmağa və Şm-Şərqi Asiyada gərginliyi artıracaq əlavə hərəkətlərə yol verməməyə çağırırıq” deyə Rusiya XİN nümayəndəsi əlavə edib.

Yanvarın 6-da Şm Koreyanın mərkəzi televiziyasının ölkənin hidrogen bombasını uğurla sınaqdan keçirdiyi barədə xəbəri bütün dünyanı silkələdi. Bu xəbər Cənubi Koreya, Çin, Yaponiya, ABŞ və Qərb dövlətləri tərəfindən böyük tənqidlə qarşılandı.

Hidrogen bombasının partladılması ölkədə 5,1 bal gücündə zəlzələ olmasına səbəb olub. Zəlzələ nüvə poliqonundan 49 km şimalda Kilçji şəhərində qeydə alınıb. Yeraltı təkanların səbəbi "süni xarakterli" olub.





KXDR 2005-ci ildə özünü nüvə dövləti elan etdikdən sonra sayca dördüncü nüvə silahının sınağını keçirib. Son illər ərzində ŞM Koreya 2006, 2009 və 2013-cu illər olmaqla üç nüvə sınağı həyata keçirib.

Hələ 2015-ci il dekabrın 10-da KXDR lideri Kim Çen In ölkəsində hidrogen bombası olması barədə məlumat vermişdi. O, həmçinin vurğulamışdı ki, ölkədə hərbi sənayenin fəal inkişafını davam etdirmək lazımdır.

KXDR "nüvə dövləti" olduğunu və yalnız ölkə üçün təhlükə olacağı təqdirdə kütləvi qırğın silahı tətbiq edəcəyini açıqlayıb. Rəsmi Pxenyan nüvə texnologiyalarını hər hansı dövlətə vermək niyyətində olmadığını bildirib.



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=369030

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR