Günay Musayevanın keçmiş əri Tolqa Karel evlənir (FOTO)

Günay Musayevanın keçmiş əri Tolqa Karel evlənir (FOTO)
18:38 6 Yanvar 2016
Ölkə mətbuatı
A- A+

Bakı. Vüqar İmanov - Trend:

Azərbaycanlı model Günay Musayevanın keçmiş əri, məşhur türkiyəli aktyor Tolqa Karel boşanar-boşanmaz yenidən evlənmək qərarına gəlib. Trend-in Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, aktyorun bu dəfə seçimi amerikalı modeldir. Qeyd edək ki, Tolqa Karelin planlarına yalnız Sara Skotti adlı xanımla evlənmək deyil, həm də Mayamidə birgə biznes qurmaq daxildir.

Tolqa Karel sosial şəbəkələrdə ailə quracağı xanımla şəkillərini də paylaşıb.

Xatırladaq ki, Tolqa Karel 2011-ci ildə məşhur azərbaycanlı model Günay Musayeva ilə ailə qurmuşdu. Bu nikahdan onların bir oğlan övladları da var. Cütlük rəsmi şəkildə 2014-cü ilin fevralında boşanıblar.

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/culture/2477440.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR