Bakı. Trend:
Bakıda mənzildə 74 yaşlı qadının meyiti tapılıb.
Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Sumqayıt şəhərində mənzildə 1941-ci il təvəllüdlü Dorma Qalina Fyodorovnanın bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açıb və adı çəkilən şəxsin cəsədini aşkar ediblər. Q.Dormananın cəsədi çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Bizi Twitter-dən izləyin: @trend_az