Bərdədə “Dini radikalizm və onun təzahür formaları” mövzusunda maarifləndirici tədbir keçirilib

Bərdədə “Dini radikalizm və onun təzahür formaları” mövzusunda maarifləndirici tədbir keçirilib
19:08 6 Yanvar 2016
40 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 6 yanvar, AZƏRTAC
Prezident İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün 2014-cü il noyabrın 27-də imzaladığı Sərəncama əsasən bölgələrdə tədbirlər davam etdirilir.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Bərdə rayonu “Uğurbəyli” kənd məscidi dini icmasının həyata keçirdiyi “Dindarların radikal təsirlərdən qorunması” layihəsi çərçivəsində “Dini radikalizm və onun təzahür formaları” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə Bərdə rayonu “Uğurbəyli” kənd məscidi dini icmasının sədri Səbuhi Hacıyev layihə çərçivəsində həyata keçiriləcək maarifləndirmə tədbirlərinin əhəmiyyətindən söhbət açıb. O, Prezidentin dini icmalara dini maarifləndirmə və milli mənəvi dəyərlərimizin qorunması ilə bağlı maliyyə yardımının ayrılması barədə Sərəncamının dövlətin dinə növbəti qayğısı olduğunu deyib.
DQİDK-nın Yevlax bölgəsi üzrə şöbəsinin əməkdaşları dini radikalizmin müxtəlif təzahür formalarından və milli mənəvi dəyərlərimizə zərərlərindən danışıblar. Dini radikalizmlə mübarizədə dini icmaların və din xadimlərinin üzərinə düşən vəzifələrin, düzgün dini maarifləndirmənin bu məsələdəki rolunu vurğulayıblar.
Tədbirdə digər çıxış edənlər mövzu ilə bağlı fikirlərini bölüşüblər.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Berdede_Dini_radikalizm_ve_onun_tezahur_formalari_movzusunda_maariflendirici_tedbir_kechirilib-916509

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR