Bu gün mətbuatda müğənnilərin toylardan aldıqları fantastik məbləğdə qonorarların siyahısı dərc olunub. Siyahıya liderliyi Abbas Bağırov edir. Məlumata görə, o, bir toydan 13 min manat məbləğində qonorar alır.
Axşam.az-ın məlumatına görə, məsələ ilə bağlı aznews.az-a danışan əməkdar artist siyahıda qiymətlərin şişirdildiyini deyib:
“Mən mətbuata, ya da hasısa quruma belə bir açıqlama verməmişəm. Adımdan yalan yazıblar. Bütün həmkarlarım mənim toy qiymətimi bilir. Mən bir toydan 5 min manatdan çox qonorar almıram”.
A.Bağırov qeyd edib ki, o, ümumiyyətlə, toylara az-az gedən sənətkarlardandır.