Bakının bir neçə rayonunda içməli suyun verilməsində məhdudiyyətlər olacaq

Bakının bir neçə rayonunda içməli suyun verilməsində məhdudiyyətlər olacaq
19:28 6 Yanvar 2016
30 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 6 yanvar, AZƏRTAC
Yanvarın 7-də Bakının bir neçə rayonunda içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, Bakı şəhəri Heydər Əliyev prospektindən keçən magistral su xətlərinin dəyişdirilməsi işləri ilə əlaqədar Sabunçu və Nərimanov rayonlarının Böyükşor gölü ətrafında olan, eləcə də Nizami rayonunun Mikayıl Əliyev və Çobanzadə küçələri boyu abonentlərin bir hissəsinə yanvarın 7-də gün ərzində içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
Yaranacaq narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Bakinin_bir_neche_rayonunda_ichmeli_suyun_verilmesinde_mehdudiyyetler_olacaq-916527

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR