Sabah Bakının bir neçə rayonunda içməli suyun verilməsində məhdudiyyətlər olacaq

Sabah Bakının bir neçə rayonunda içməli suyun verilməsində məhdudiyyətlər olacaq
19:42 6 Yanvar 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 6 yanvar. REPORT.AZ/ Sabah Bakının bir neçə rayonunda içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
“Azərsu” ASC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsindən "Report"a verilən məlumata görə, Bakı şəhəri Heydər Əliyev prospektindən keçən magistral su xətlərinin dəyişdirilməsi işləri ilə əlaqədar Sabunçu və Nərimanov rayonlarının Böyükşor gölü ətrafında olan, eləcə də Nizami rayonunun Mikayıl Əliyev və Çobanzadə küçələri boyu abonentlərin bir hissəsinə yanvarın 7-də gün ərzində içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
“Azərsu” ASC yaranacaq narahatlıqla əlaqədar abonentlərdən üzr istəyir.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR