Qətldə təqsirləndirilən şəxs barədə protest təmin edilmədi

Qətldə təqsirləndirilən şəxs barədə protest təmin edilmədi
19:49 6 Yanvar 2016
23 Ölkə
Ölkə mətbuatı
A- A+

Ali Məhkəmədə qətldə təqsirləndirilən Əli Abdullayev barəsində prokurorluğun verdiyi protestə baxılıb. Vəkil Ceyhun Yusifovun Lent.az-a verdiyi məlumata görə, qərara əsasən, prokurorluğun verdiyi protest təmin edilməyib. Bakı Apellyasiya Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılıb.

 

Qeyd edək ki, qətl hadisəsi Sabunçu rayonunda baş verib. Əli Abdullayev Elməddin Əliyev adlı şəxsi qətlə yetirib. Əli Abdullayev barəsində Cinayət Məcəlləsinin 120.1 ( qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. O, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 10 il azadlıqdan məhrum edilib. Hökmlə razılaşmayan müdafiə tərəfi apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsində Əli Abdullayevin əməli Cinayət Məcəlləsinin 120.1-ci ( qəsdən adam öldürmə) maddəsindən 123.1-ci (zəruri müdafiə həddini aşmaqla qəsdən adam öldürmə) maddəsinə tövsif edilib və barəsində 1 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR