Bakıda 45 yaşlı kişi meyiti tapıldı

Bakıda 45 yaşlı kişi meyiti tapıldı
20:05 6 Yanvar 2016
21 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda mənzildə 45 yaşlı kişi meyiti tapılıb.

Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Nizami rayonunda mənzildə 1971-ci il təvəllüdlü Sapojnikov Eduard Yevgeneviçin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açıb və adıçəkilən şəxsin cəsədini aşkar ediblər. E.Sapojnikovun cəsədi çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/395761.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR