Azərbaycanın "maqnit uşağ"ı - FOTO

Azərbaycanın "maqnit uşağ"ı - FOTO
20:05 6 Yanvar 2016
Ölkə mətbuatı
A- A+

12 yaşlı Ayxan Sultanzadə metal əşyaları özünə çəkmək qabiliyyətinə malikdir.

Trend-in məlumatına görə, açarlar, qayçılar və hətta ütü onun əl və ayaqlarına yapışır.

A.Sultanzadə Bakının Qaradağ rayonunun 274 saylı məktəbinin 6-cı sinif şagirdidir. Onun bu istedadı hələ erkən yaşlarında üzə çıxıb.

A.Sultanzadənin atası, Azərbaycan Bəstəkarlar İttifaqının mətbuat katibi İltifat Hacıxanoğlu Trend-ə bildirib ki, o, qabiliyyətini ilk dəfə nümayiş etdirəndə evdəkilər inanmayıb: "Ütünü bədənində necə saxladığını görəndə isə başa düşdük ki, onun qeyri-adi istedadı var".

Milli.Az









Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/395760.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR