Ali Hərbi Məktəbin keçmiş rəisi Mirzəli Yusifovun məhkəməsi başlayıb

16:27 30 Dekabr 2014
230 Digər
Ölkə mətbuatı
A- A+

[ 30 Dekabr 2014 16:20 ]

Bakı. Şəhriyar Əlizadə - APA. Bakı Hərbi Məhkəməsində Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin (AAHM) keçmiş rəisi, polkovnik Mirzəli Yusifovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

APA-nın məlumatına görə, iclasda dövlət ittihamçısı ittiham aktını elan edib.

 

Növbəti məhkəmə prosesi yanvarın 13-nə təyin edilib.

 

Xatırladaq ki, AAHM-in sabiq rəisi M. Yusifov Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) maddəsi ilə təqsirləndirilir.

 

Qeyd edək ki, M. Yusifov əvvəllər Müdafiə Nazirliyinin 112 saylı alayının (sülhməramlı tabor da bu alayın tərkibindədir) komandiri olub. Daha sonra AAHM-ə qərargah rəisi təyin edilən M. Yusifov bir neçə il hərbi məktəbin rəisi vəzifəsini icra edib. Zakir Həsənov müdafiə naziri təyin edildikdən sonra M. Yusifov vəzifədən uzaqlaşdırılıb.

 

 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR