Xınalıq yolu 6 gündən sonra açıldı

Xınalıq yolu 6 gündən sonra açıldı
20:46 6 Yanvar 2016
34 Digər
Ölkə mətbuatı
A- A+

6 gündür bağlı olan Quba Xınalıq yolu bu dəqiqələrdə qardan təmizlənərək açılıb.

Bu barədə ANS PRESS-ə Qubadakı 6 saylı yol istismar idarəsinin rəisi Aydəmir Manafov məlumat verib. Onun sözlərinə görə, 3 gündür ki, yolda işləyən nəqliyyat işçiləri həyatları hesabına yolu aça biliblər.

Çünki yolda hər an qar kütləsi tez-tez texnikanin, işçilərin üstünə gəlirdi. Fəhlələrin təhlükəsizliyinə bu anda 3 faiz belə zəmanət vermədiyini deyən Aydəmir Manafov qarin təmizlənmə işlərinə idarənin 23 işçisi, 5 texnikası cəlb olunmuşdu

Artıq Xınalıq sərhəd zastavasının yolu tam açılıb.

Ölkə ərazisində dekabrın 30-dan başlayan şaxtalı, qarlı hava şəraiti nisbətən mülayimləşsə də, qar səbəbindən bəzi yollar bağlanmışdı Xüsusilə şimal bölgəsində.

Qubanın Xınalıq, Xaltan, Qonaqkənd, Söhüb, Dərk kəndləri istiqamətlərində yollarda hərəkət məhdud idi.



Xınalıq yolu

Quba Fövqəladə Hallar Komisiyyasının sədri Yusif Abidov rayonda bağlanmış yolların açılması üçün bütün istiqamətlərdə iş aparıldığını söyləyib.




Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=111&nid=369051

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR