Lənkəran sürüşür (FOTO)

Lənkəran sürüşür (FOTO)
21:11 6 Yanvar 2016
44 Digər
Ölkə mətbuatı
A- A+

Lənkəranın ucqar dağ kəndi olan Bəlitonda 3 il əvvəl başlanan torpaq sürüşməsində son aylarda aktivləşmə müşahidə olunur.

ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, ötən ilin oktyabr-noyabr aylarında yağan intensiv yağışlar vəziyyəti bir az da gərginləşdirib.

Evləri aktiv zonada yerləşən sakinlər qəzalı evlərdə yaşamağı təhlükəli sayırlar.

Zərərçəkən Şahin Ağayev deyir ki, mütəxəssislər gəlib baxış keçirəndən sonra bu qənaətə gəliblər ki, bu evdə yaşamaq qeyri mümkündür. Çünki dəfələrlə mayak qoyublar bu evə, mayaklar çox keçmədən, 1 həftə keçmədən uçub. Söz veriblər ki köməklik olunacaq, lakin köməklik hələ yoxdur.

Digər zərərçəkən Vəliağa Ağayev evinin iki bölündüyünü deyir. Oktyabr ayında yağan yağışdan sonra evinin qəzalı vəziyyətə düşdüyünü deyən V.Ağayev bütün aidiyyatı qurumları məlumatlandırdığını bildirir.

Lənkəran şəhər icra hakimiyyəti başçısının Bəliton ərazi vahidi üzrə nümayəndəsi Ağayar Yusubov sorğumuza şifahi olaraq bildirdi ki, respublika FHN-nin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssislər qrupu ötən ilin oktyabrın 30-da 20 evə baxış keçirib və lazımi sənədləşmə işləri aparılıb. İndi həmin evlərin əsaslı bərpası və ya yenidən tikiləcəyi FHN-nin verəcəyi qərardan asılı olacaq.










Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=111&nid=369045

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR