"Azərbaycan ikinci hissədə daha yaxşı oynadı"

"Azərbaycan ikinci hissədə daha yaxşı oynadı"
21:27 6 Yanvar 2016
37 İdman
Ölkə mətbuatı
A- A+

FIFA-nın I vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunmuş XXVIII ənənəvi beynəlxalq turnirdə bu gün keçirilmiş Azərbaycan U-17 - Bolqarıstan U-17 oyunundan (2:0) sonra rəqibin baş məşqçisi Viktorio Pavlov fikirlərini bildirib:

"Ümumi götürsək, bərabər oyun oldu. Məncə, birinci hissədə biz daha yaxşı təsir bağışladıq. Amma fasilədən sonra fiziki cəhətdən çatdırmadıq. Buna görə də Azərbaycan millisi ikinci hissədə daha yaxşı oynadı. Nəticəyə görə məyusam. Amma məni daha çox komandamın ikinci hissədəki zəif çıxışı narahat edir. Həm bizim, həm də Azərbaycan yığmasının futbolçuları digər komandalardan 1 yaş kiçik olsa da, taktiki cəhətdən rəqiblərdən geri qalmırıq”.

Fanat.az

Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotazrbaycan-ikinci-hissd-daha-yax-oynadquot-t46605.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR