Əsədin hakimiyyətdən gedəcəyi vaxt açıqlandı

Əsədin hakimiyyətdən gedəcəyi vaxt açıqlandı
21:56 6 Yanvar 2016
35 Digər
Ölkə mətbuatı
A- A+

Suriya prezidenti Bəşər Əsədin 2017-ci ilin martına qədər istefa verməsi gözlənilmir.

ANS PRESS-in məlumatına görə, bu barədə ABŞ-dan olan məmurların Suriya münaqişəsi ilə bağlı hazırladıqları daxili sənəddə bildirilir.

Sənəd Birləşmiş Millətlər Təşkilatı (BMT) tərəfindən 2015-ci ildə təsdiqlənən sülh planına əsasən hazırlanıb.

Sənədə əsasən, Suriyada yeni siyasi proses 2016-cı ilin fevralında başlanmalıdır. 18-aylıq keçid dövrü 2015-ci ilin dekabrında BMT Təhlükəsizlik Şurası tərəfindən bəyənilmiş plana əsaslananan layihədir. Yanvarın 25-də isə Suriya hakimiyyəti və müxalifəti arasında danışıqlar İsveçrənin Cenevrə şəhərində nəzərdə tutulub.

ABŞ-dan olan məmurların hazırladığı sənəddə bildirilir ki, aprel ayında Suriyada təhlükəsizliyin təmin olunması üzrə komitə yaradılacaq. Həmçinin həbsdə olan müxalifət və hökümət nümayəndələri azadlığa buraxılacaq. Bundan sonra keçid hökumətinin qurulması planlaşdırılır.


Suriya münaqişəsinin tərəfləri arasında görüş (Türkiyə, ABŞ, Rusiya, Səudiyyə Ərəbistanı)


May ayında isə Suriya parlamenti buraxılacaq, BMT Təhlükəsizlik Şurası keçid hökuməti tanıyacaq və hakimiyyətin ötürülməsi üçün sonrakı addımlar planlaşdırılacaq. Bütün bu proseslər başa çatdıqdan sonra isə siyasi islahat, müvəqqəti qanunvericiliyin müəyyən edilməsinə başlanılacaq. Suriyanın yeni höküməti üçün maliyyə yardımları beynəlxalq konfranslar vasitəsi ilə təşkil edilməsi barədə də sənəddə məlumatlar qeyd edilir.

Sonrakı altı ay ərzində isə Suriyanın yeni Konstitusiyası yazılmalı və onun mətni 2017-ci ilin yanvarında referenduma çıxardılmalıdır.


Suriyada vətəndaş müharibəsinin nəticələri


Amma Suriya prezidenti dəfələrlə açıqlama verib ki, hakimiyyətdən getmək fikrində deyil. Rusiya sentyabrın 30-da Suriyada terrorçulara qarşı mübarizəyə aparmağa başladıqdan sonra Bəşər Əsədin hakimiyyətdə uzun müddət qalma ümidləri artıb. Əsədi dəstəkləyən İran və Rusiya Suriyanın taleyini xalqın həll etməli olduğu fikrini irəli sürürlər. ABŞ əvvəllər Əsədin hakimiyyətdən getməli olduğunu təkid etsə də son zamanlar bu fikrində daşındığı hiss olunur. Əsədin getməsi üçün isə Suriya müxalifəti, Səudiyyə Ərəbistanı, Qətər və Türkiyə təkid edir.

İran və Səudiyyə Ərəbistanı arasında baş verən edam qalmaqalından sonra münaqişənin daha da uzanacağı ehtimal edilir. Çünki hər iki ölkə münaqişədə əks tərəfləri müdafiə edir. Suriyada isə vətəndaş müharibəsi 4 ildən çoxdur ki, davam edir. Müharibə nəticəsində 4 milyondan çox insan qaçqın kimi qonşu ölkələrə sığınıb. Hazırda Suriyaya İŞİD, hökümət qüvvələri, PKK, YPG, türkmələr, Azad Suriya Ordusu və digər silahı müxalif qruplar nəzarət edir. ABŞ, İngiltərə, Fransa, Almaniya, Rusiya, İran, Səudiyyə Ərəbistanı, Türkiyə və digər dövlətlər həmin silahlı birləşmələrə qarşı mübarizə aparsalarda, hələ ki, heç bir nəticə yoxdur.


Suriya və İraqa nəzarət edən silahlı qruplar


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=369031

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR