Sərnişin avtobusu gölə düşüb, 13 nəfər ölüb, 16 nəfər xəsarət alıb

Sərnişin avtobusu gölə düşüb, 13 nəfər ölüb, 16 nəfər xəsarət alıb
21:57 6 Yanvar 2016
27 Digər
Ölkə mətbuatı
A- A+

Hindistanın şərq bölgəsində ağır yol qəzası baş verib.

APA-nın The Associated Press (AP) agentliyinə istinadən verdiyi xəbərə görə, Tripur şəhəri yaxınlığında avtobusun gölə düşməsi nəticəsində  13 nəfər ölüb, 16 nəfər xəsarət alıb.
 
Məlumata əsasən, sərnişin avtobusunun təkəri partlayıb və avtobusun sürücüsü idarəetməni itirdiyi üçün nəqliyyat vasitəsi gölə düşüb.
 
Yerli polis bildirib ki, 6 nəfər hadisə yerində, 7 nəfər isə xəstəxanada ölüb.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR