"Qalatasaray" futbolçusunu "Ştutqart"a satdı

"Qalatasaray" futbolçusunu "Ştutqart"a satdı
22:07 6 Yanvar 2016
40 İdman
Ölkə mətbuatı
A- A+

"Qalatasaray" Kevin Qrosskreutsi "Ştutqart"a satıb. Fanat.az xəbər verir ki, bu barədə Almaniya klubu rəsmi açıqlama ayıb.


"Qalatasaray" Kevini yay transfer pəncərəsinin son günündə heyətinə qatsa da, sənədləri vaxtında təqdim edə bilmədiyi üçün oynada bilməmişdi. Bu gün "Ştutqart"a keçidi rəsmiləşən Qrosskreutsin Türkiyə karyerası başlamadan başa çatıb.


"Qalatasaray" futbolçunun transferi üçün xərclədiyi pulu tam şəkildə geri alacaq. Belə ki, almanlar İstanbul klubuna 2 milyon 171 min avro ödəyəcək. 


Fanat.az



Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotqalatasarayquot-futbolcusunu-quottutqartquota-satd-t46607.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR