Obama Əsədi 2017-ci ildə yola salır - plan artıq hazırdır

Obama Əsədi 2017-ci ildə yola salır - plan artıq hazırdır
22:22 6 Yanvar 2016
41 Digər
Ölkə mətbuatı
A- A+

Suriya prezidenti Bəşər Əsədin vəzifədən gedəcəyi vaxt açıqlanıb.

"Qafqazinfo"nun Rusiya KİV-nə istinadən verdiyi məlumata görə, Amerika hökuməti Əsədin 2017-ci ilin mart ayından sonra istefaya getməsini planlaşdırır. Bu barədə ABŞ-ın Suriya böhranı ilə məşğul olan nümayəndələrinin hazırladığı qətnamədə bildirilir.

Sənəddə Suriya prezidentinin hansı şəraitdə öz postunu tərk edəcəyi və bundan sonra nə ilə məşğul olacağı haqda məlumat yoxdur.

Analitiklərin qeydinə görə, Suriyada siyasi keçid dövrü bu ilin fevral ayında başlayacaq və 18 ay davam edəcək. Əsədin nümayəndələri ilə müxalifət arasındakı danışıqlardan sonra apreldə Təhlükəsizlik Komitəsi yaradılacaq. Onu hökumət üzvləri və hərbçilər, eləcə də müxalifətin həlak olan üzvlərinin yaxınları və döyüşçülər formalaşdıracaq. Bundan sonra ölkə müvəqqəti idarə üsuluna keçəcək.

Mayda Suriya parlamenti buraxılacaq. Növbəti 6 ay ərzində, yəni, 2016-cı ilin noyabrına qədər yeni Konstitusiya layihəsi hazırlanacaq. Suriya xalqı bu sənədlə bağlı fikirlərini 2017-ci ilin yanvarında keçiriləcək referendum zamanı söyləyə biləcək. Mart ayında isə Bəşər Əsədin ailə üzvləri ilə birlikdə idarəçilikdən uzaqlaşdırılması nəzərdə tutulub.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/395770.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR