Azərbaycanın regionda yeni savaşı (VİDEO)

Azərbaycanın regionda yeni savaşı (VİDEO)
23:26 6 Yanvar 2016
75 Digər
Ölkə mətbuatı
A- A+

Bu gün dünyanın enerji bazarında bir təlatüm yaşanır. Bir tərəfdən neftin və qazın qiyməti aşağı düşür, digər bir tərəfdən isə meydana yeni oyunçular daxil olur.

Bu isə sözsüz ki, dövlətlərə hansısa formada təsir edəcək. Bəs Azərbaycana bu necə təsir edəcək?

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Sərmayələr idarəsinin rəisi Vaqif Əliyev “Nəzər Nöqtəsi”ndə qaranlıq qalan suallara aydınlıq gətirib.

- Neft dünyasında nəsə baş verir. Qiymətlər aşağı düşür, meydana yeni oyunçular daxil olur. Bu oyunçulardan biri də İrandır. Həyəcanlı bir xəbər də səslənir ki, İran Ermənistan vasitəsi ilə öz neft və qazını Gürcüstana verəcək. İran tərəfindən də təsdiqləndi ki, bu istiqamətdə Gürcüstanla danışıqlar gedir. Bu, Azərbaycanın Gürcüstandakı bazarına nə cür təsir edəcək?

– Sözsüz ki, İranın zəngin neft və qaz ölkəsi kimi dünya bazarına çıxacağı doğruian da bir həyacanverici xəbərdir. Bu sahəyə maraq göstərən və çalışan şirkətlər İrana məxsus neft və qazın dünya bazarına çıxışında həyacanlı anlar yaşayırlar. Özəliklə İranın regionda rolu məhz bizi də maraqlandırır və prosesləri ciddi bir şəkildə izləyirik. İran qonşu dövlət olmaqla bərabər regionda çox güclü iqtisadi dayaqlara malik olan bir dövlətdir. Məhz İran üzərindən sanksiyaların götürülməsi İranı bölgədə əhəmiyyətli rol almaq istəyini bir daha qabardacaqdır. O ki, qaldı İranın Ermənistan üzərində Gürcüstana qaz tədarük etmə planlarına bu, prinsip etibarı ilə mümükün variantlardan bir kimi baxılırdı. Bir məsələni aydınlaşdıraq ki, Gürcüstan bazarı İran üçün nə qədər önəmli ola bilər? Əgər belə bir anlaşma əldə olunsa belə, o, zaman iqtisadi əhəmiyyətində daha çox, siyasi maraqlar önəm daşıyır.

- Sözsüz ki, burada siyasi maraqlardan söhbət gedir. Belə olan halda Gürcüstan bazarında Azərbaycanın durumu necə olar?

– Gürcüstan ən yaxın qonşulardan biri olmaqla yanaşı, eyni zamanda strateji mütəffiq səviyəsində iş birliyi qurduğumuz dövlətlərdən biridir.

Müsahibəyə daha ətraflı aşağıdakı video materiallarda baxa bilərsiniz:




Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=2&nid=369060

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR