“TBC Kredit” arayışların elektron şəkildə qəbuluna başlayıb

00:08 7 Yanvar 2016
20 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 7 yanvar, AZƏRTAC
“TBC Kredit” təşkilatı ilə “Elektron hökumət” portalının operatoru arasında imzalanmış müqaviləyə əsasən, kredit almaq üçün arayışlar elektron şəkildə qəbul olunur.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən AZƏRTAC-a bildirilib ki, bu məqsədlə təşkilatın filiallarında texniki imkanlar yaradılıb. Müştəri www.e-gov.az portalına daxil olaraq “Vətəndaşa aid fərdi məlumatlar üzrə elektron arayışın verilməsi” xidməti vasitəsilə e-arayışı formalaşdırır. E-portala daxil olmaq üçün elektron imza sertifikatı, “ASAN imza” və ya kod parollardan istifadə olunur. Kod parolu almaq üçün vətəndaş e-portalda online qeydiyyat xidmətindən istifadə edə bilər. Kod parollarını, həmçinin Bakı şəhərində və rayon mərkəzlərində bütün poçt şöbələrində ödənişsiz olaraq əldə etmək mümkündür.
Qeyd edək ki, "E-hökumət" portalının vətəndaşlara göstərdiyi bu xidmət artıq 20-dən artıq bank və kredit təşkilatlarına tətbiq olunur. E-xidmət vasitəsilə kağız üzərində arayışların alınmasına sərf olunacaq vaxta qənaət edilməklə yanaşı, bir çox bürokratik məsələlər də həll edilir.
 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR